Rusiya Xersonu bombaladı: ölən var – VİDEO

Rusiya Xersonu bombaladı: ölən var - VİDEO

Rusiya səhər saatlarından etibarən Xerson vilayətinə zərbələr endirib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Administrasiya rəhbəri Aleksandr Prokudin məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9-u isə yaralanıb.

Administrasiya rəhbəri əlavə edib ki, hədəfdə yaşayış məntəqələri, eləcə də sosial və kritik infrastruktur obyektləri olub. Hazırda vilayətin bütün rayonlarında partlayış səsləri eşidilir.