kallas

Rusiya qarşıdakı bir neçə il ərzində Avropaya hücum edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaja Kallas deyib.

“Rusiyanın bu gün Avropa İttifaqı (Aİ) ölkələrinə hücum etmək imkanı yoxdur. Lakin onlar qarşıdakı illərdə buna hazırlaşa bilərlər.  Bu baxımdan, Aİ bir neçə il ərzində müdafiə potensialını əhəmiyyətli dərəcədə artırmalıdır”, – deyə o bildirib.

Bundan əvvəl oktyabrın 16-da Rusiya FSB-nin direktoru Aleksandr Bortnikov bəyan edib ki, Avropa ilə Rusiya arasında toqquşmanın mümkün nəticələri fəlakətli ola bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: