Rusiya vətəndaşlarını Krıma köçürür – Xerson, Zaporojye…

Rusiya vətəndaşlarını Krıma köçürür - Xerson, Zaporojye...

Rusiya tərəfi Zaporojye vilayətinin işğal olunmuş Melitopol şəhərindən, həmçinin Xersonun Skadovka bölgəsindən sakinləri Krıma köçürməyə başlayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Krım üzrə daimi nümayəndəsinin müavini Denis Çistikov deyib.

O, həmçinin bildirib ki, işğalçılar (Rusiya tərəfi – red.) Krımdan da sakinləri Rusiya vilayətlərinə köçürməyə hazırlaşır.

Çistikov Ukrayna vətəndaşlarına zorla Rusiya pasportlarlarının verildiyini də əlavə edib.