
Dörd Rusiya və bir Litva vətəndaşı İrəvan metrosunda xuliqanlığa görə 2 ay müddətinə həbs edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin məlumatında deyilir.
Məlumata görə, həmin şəxslər Baqrataşen keçid məntəqəsindən Gürcüstana daxil olaraq ölkəni tərk etməyə cəhd ediblər.
Qeyd olunur ki, maskalı naməlum şəxslər “Sasuntsi David” stansiyasının yaxınlığındakı açıq ərazidə qatarı saxlayıb və vaqonları rəngləyiblər. Onların Litva vətəndaşı, 39 yaşlı Lukas Revinskas və Rusiya vətəndaşları – 20 yaşlı Georgi Radgin və Saveliy Biryukov, 27 yaşlı Nikita Volçenkov, 19 yaşlı Stepan Sai olduğu üzə çıxıb. Onlar fevralın 3-də saxlanılıblar və üç ay müddətinə həbs ediliblər.