Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rus ordusunun 95 əsgəri mübadilə zamanı eyni sayda ukraynalı hərbi əsirlə dəyişdirilib.
Azad edilən əsirlər Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat təyyarələri ilə Moskvaya aparılıb.
Ukrayna tərəfi isə qaytarılan əsgərlərin əksəriyyətinin yaralı olduğunu yazır. Məlumata görə, onların çoxu Donetsk, Xerson, Xarkov, Luqansk və Zaporojya istiqamətində döyüşlər zamanı əsir düşən “Azovstal” müdafiəçiləridir.
Ayşən Mustafa
Globalinfo.az














