Rusiya və İran arasında mühüm saziş imzalandı

İran və Rusiya qaz tədarükünə dair anlaşma memorandumu imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İranın neft naziri Cavad Ovci  Tehran və Moskva arasında Rusiya qazının İrana tədarükünə dair anlaşma memorandumunun imzalandığını bildirib.

O, hər iki ölkənin bu sektorda yüksək potensiala və imkanlara malik olduğunu vurğulayıb.

Qeyd edək ki, memorandum Rusiyanın enerji nəhəngi “Qazprom”un rəhbəri Aleksey Millerin başçılıq etdiyi nümayəndə heyətinin səfəri zamanı İran Milli Qaz Şirkəti ilə imzalanıb.

Səfər zamanı Miller Ovci ilə görüşüb və rəsmilər memorandumun həyata keçirilməsi üçün prioritet addımları və enerji sektorunda digər əməkdaşlıq sahələrini müzakirə ediblər.

Müşviq Tofiqoğlu
Globalinfo.az