Estoniya Xarici İşlər Nazirliyi etiraz notası təqdim etmək üçün bu ölkənin müvəqqəti işlər vəkilini XİN-ə çağırıb.
Globalinfo.az xəbər verir ki, buna səbəb Rusiyaya məxsus vertolyotun ölkənin hava məkanını pozmasıdır.
Nazirliyin açıqlamasında bildirilir ki, hadisə sentyabrın 7-də axşam saatlarında baş verib.
Helikopter Estoniyanın hava məkanına daxil olub və təxminən 4 dəqiqə orada qalıb.
“Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin müvəqqəti işlər vəkilini Estoniyanın hava məkanının pozulması ilə bağlı çağırıb. Ona etiraz NOTA-sı verilib”, – məlumatda deyilir.
Əliyar Xəlil














