Rusiya Ukraynada nə qədər itki verib? – RƏQƏM

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 241 960 hərbçisini itirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 4 151 tank, 8 150 zirehli maşın, 3 958 operativ-taktiki PUA, 4 658 artilleriya sistemi, 451 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 310 helikopter, 7 172 avtomobil və tanker, 696 xüsusi texnikadan ibarətdir.