Rusiya və Ukrayna arasında əsir, meyit mübadiləsi – VİDEO

Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub. 

Globalinfo.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Mübadilə zamanı hər iki tərəfə 75 əsir qaytarılıb. Daha sonra həmin şəxslər müalicə və reabilitasiya üçün xəstəxanalara göndəriliblər.

Moskva və Kiyev arasında müharibədə həlak olan hərbçilərin cəsədlərinin də mübadiləsi baş tutub.

Məlumata görə, Rusiyaya 45, Ukraynaya isə 212 cəsəd təhvil verilib.

Qeyd edək ki, 2024-cü ilin fevral ayından bu yana iki ölkə arasında ilk dəfə əsir mübadiləsi baş tutub.

Ayşən Mustafa
Globalinfo.az