1761476862 1726653830 peskov 1758547922 900x506 1

Rusiya Üçüncü Dünya Müharibəsinin təşəbbüskarı olmayacaq, çünki bu cür addım atmaq üçün nə marağı, nə də yanaşması var”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İsveçrənin “Die Weltwoche” jurnalına müsahibəsində deyib.

Peskov bildirib ki, Rusiya bunun fəsadlarını dərk edəcək qədər böyük və məsuliyyətli dövlətdir. Hətta tarixə nəzər saldıqda Rusiya heç vaxt dünya müharibəsini başlamayıb.

“Lakin müharibə bizə qarşı başlayanda, sonadək cavab vermişik”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, Rusiya yalnız ölkənin mövcudluğuna real təhlükə yarandığı halda nüvə silahından istifadə edə bilər.

“Hər şey son dərəcə aydın, başadüşülən və sadədir. Əgər Rusiya dövlətinin mövcudluğuna təhlükə yaranarsa, nüvə silahından istifadə olunacaq. Əks halda isə bu, baş verməyəcək. Bunu başa düşmək çox vacibdir”, – deyə Peskov qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: