rusiya

Qazaxıstanın iri neft emalı zavodları Rusiyaya benzin tədarükü üzrə müəyyən edilmiş ixrac kvotalarından istifadə etməmək qərarına gəlib.

Globalinfo.az-ın məlumatına görə, neft məhsulları sahibləri buna Qərbin mümkün sanksiya risklərini, Rusiya bankları vasitəsilə ödənişlərin həyata keçirilməsində yaranan çətinlikləri və Qazaxıstanda yanacağa olan yüksək daxili tələbatı səbəb göstəriblər.

Məlumata əsasən, Atırau Neft Emalı Zavodunda istehsal olunan AI-92 markalı benzinin bir tonunun qiyməti 1100–1200 dollar təşkil edir. Bu qiymət Rusiya bazarındakı göstəricilərdən əhəmiyyətli dərəcədə yüksəkdir.

Hazırda Qazaxıstandan Rusiyaya yanacaq tədarükünü davam etdirən yeganə müəssisənin isə kiçik Kondensat neft emalı zavodu olduğu bildirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: