
“Rusiya Ukraynaya hücum strategiyasında dəyişiklik edir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “NTV” nəşri məlumat yayıb.
Məlumata görə, Moskva artıq bütün Ukrayna üzrə genişmiqyaslı hücumlar etmək əvəzinə, zərbələrini bir şəhərə – ölkənin paytaxtı Kiyevə yönəldib.
Nəşr yazır ki, bu yeni taktikanın əsas məqsədi mülki əhalini qorxu içində saxlamaq və Ukraynanın hava hücumundan müdafiə sistemlərinin tükənməsinə nail olmaqdır.
Aysel Əliyeva
Globalinfo.az