“Hizbullah”la Livan arasında gərginlik artdı: hərbi əməliyyatlar bərpa edildi

“Hizbullah” partiyasının silahlı qanadı Qəzza zolağında humanitar atəşkəs başa çatdıqdan sonra Livan-İsrail sərhədində hərbi əməliyyatları bərpa edib.

Globalinfo.az xəbər verir ki, bu barədə birləşmələrin Teleqram kanalında yerləşdirilmiş bəyanatında bildirilir.

Qeyd olunur ki, müqavimət döyüşçüləri Cəl əl-Aləm bölgəsində İsrail hərbi postunu atəşə tutublar. Hücumun nəticələri barədə məlumat verilmir.

Raketlər Livanın cənubundan hava hücumu sirenlərinin səsləndiyi Menara, Şlomi, Marqaliot və Kiryat-Şmona yəhudi yaşayış məntəqələri yaxınlığındakı İsrail mövqelərinə doğru atılıb.

Həmçinin Əl-Mərc sərhəd bölgəsində və Ramim kazarmasında İsrail patruluna da zərbələr endirilib. Ölən və yaralananların olduğu iddia edilib.

İsrail də Livandakı “Hizbullah” hədəflərinə hava hücumu təşkil etdiyini açıqlayıb.

Açıqlamada İsrail döyüş təyyarələri, vertolyotları və artilleriyasının “Hizbullah”ın hədəflərinə hücum etdiyi və İsrailə atəş açmağa hazırlaşan qrupun da təyyarə ilə hədəf alındığı bildirilib.