Azərbaycanla giriş postunda mini gömrük postunun qurulmasını razılaşdırmışıq.
Globalinfo.az bildirir ki, bu barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, girişdəki nəzarət-buraxılış məntəqəsinə müasir avadanlıqlar gətirmək barədə razılıq əldə olunub: “Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Orada hansısa yüklərin altından nə isə keçirə bilərlər”.
Volkov qeyd edib ki, belə olan halda işin effektivliyini artıracaqlar və hər hansı qadağan edilmiş yüklərin daşınmamasına zəmanət təmin olunacaq.
Məsələ ilə bağlı paylaşım edən politoloq Turab Rzayev isə bildirib ki, gömrük postu sülhməramlıların Laçın dəhlizindəki 1 nömrəli buraxılış məntəqəsində, yəni Azərbaycan-Ermənistan şərti sərhədində, Həkəri çayı üzərindəki körpüdə quraşdırılacaq.














