Moldova qondarma rejimə kömək etməyə hazırdır – Şərti var

Moldova qondarma rejimə kömək etməyə hazırdır - Şərti var

“Rusiyanın sülhməramlı qüvvələri Dnestryanıdan çıxarılmalı, onları BMT və Avropa İttifaqının missiyası əvəz etməlidir”. 

Globalinfo.az xəbər verir ki, bunu Moldova parlamentinin spikeri İqor Qrosu deyib.

O, Dnestryanıya ancaq bu halda dəstək göstəriləcəyini, ərazidəki qüvvələrin hərbi deyil, mülki olmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, daha əvvəl Moldova Prezidenti Maya Sandu bildirib ki, Kişinyov Dnestryanının enerji böhranının həlli üçün sadəcə Rusiya hərbçiləri regiondan çıxdıqdan sonra maliyyə yardımı ayıracaq.

Əliyar Xəlil
Globalinfo.az