Rusiya şokda: Moskvada məxfi obyektlərin yerləşdiyi əraziyə PUA hücumu

 

Qərb ekspertlərinin fikrincə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarından biri Rusiya Müdafiə Nazirliyinə məxsus kompleks yaxınlığında yerə çırpılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Tədqiqatlar İnstitutunun elmi işçisi Rob Li sosial şəbəkə hesabında yazıb.

PUA-nın Moskvanın Komsomol prospekti 17 ünvanında yerləşən Müdafiə Nazirliyinə məxsus kompleksə zərər vurduğu bildirilir.

Araşdırmaçı jurnalist Xristo Qrozyevin sözlərinə görə, bəhs edilən ünvan yaxınlığında Baş Kəşfiyyat İdarəsinin kiberqoşunlarının ofisi yerləşir. “FancyBear” haker qrupu da sözügedən binada qərarlaşıb. PUA-nın qalıntılarının aşkarlandığı məkanda həmçinin Rusiya Müdafiə Nazirliyinin Hərbi Universiteti və Baş Kəşfiyyat İdarəsinin bir neçə məxfi obyektləri yerləşir.

Tahir Turan
Globalinfo.az