kar

İranın Səbzivar şəhərində Səfəvilər dövrünə aid tarixi karvansara buldozerlərlə dağıdılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Karvansaranın vəziyyətinin əvvəllər də narahatlıq doğurduğu, onun qorunması və bərpasına ehtiyac olduğu qeyd edilirdi:

“Obyektin milli irs siyahısına daxil edilməsi məqsədilə daha əvvəl müvafiq müraciət də olunub”.

Tarixi tikilinin giriş hissəsində dövrə aid qapıların olduğu da vurğulanır.

Karvansaranın hansı əsasla və kimin göstərişi ilə söküldüyü hələlik məlum deyil.

Tikilinin İranın Mədəni İrs Təşkilatının göstərişi əsasında dağıdılması ilə bağlı xəbərlər yayılıb.

Hadisənin hüquqi əsasları və söküntü qərarını kimin verməsi haqda əlavə rəsmi məlumat yoxdur.

 

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: