Ukrayna xalqı Prezident Volodimir Zelenskini devirmək potensialına malikdir.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev deyib.
Medvedevin sözlərinə görə, mövcud Ukrayna hakimiyyəti “abses” rolunu oynayır və bu, nəticədə aradan qaldırılmalıdır.
O, həmçinin vurğulayıb ki, Ukrayna cəmiyyəti bu problemi öz əllərinə almağa qadirdir:
“Avropada formalaşan və son nəticədə bizə qarşı istifadə edilən bu abses sarsılacaq… Ukrayna xalqı bunu edə bilər”.
Tahir Turan
Globalinfo.az