Rusiya saytlarına girişdə problemlər yarandı – Səbəbi açıqlandı

Rusiyada “ru” domen zonasının fəaliyyətində nasazlıq yaranıb.

Globalinfo.az xəbər verir ki,  paytaxt Moskva ilə yanaşı Sankt-Peterburq, Sverdlovsk vilayəti, Novosibirsk vilayəti, Tatarıstan Respublikası, Uzaq Şərq regionundan da internetin fəaliyyəti ilə bağlı şikayətlər daxil olub.

“RU/.РФ” domenləri üzrə koordinasiya mərkəzindən bildirilib ki, “Runet”in çökməsinə səbəb olan problemin aradan qaldırılması üzərində iş gedir.

İnternetlə bağlı yaranmış texniki problemim Qlobal DNSSEC (Məlumatların bütövlüyünü və etibarlılığını təmin edən DNS protokoluna əlavələr toplusu) infrastrukturu ilə əlaqəli olduğu qeyd edilib.

Bildirib ki, Milli Domen Adları Sisteminin abunəçiləri üçün problem həll olunub.

Yaxın vaxtlarda Rusiya domeni zonasındakı saytlara girişin bərpa olunacağı bildirilib.