Rusiya rəsmən meydan oxudu: Nüvə silahının tətbiqi…

Rusiya nüvə doktrinasında nüvə tətbiqi şərtlərində bəzi şeyləri dəyişə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib.

Onun sözlərinə görə, hər şey Rusiya ətrafındakı hərbi-siyasi vəziyyətin necə dəyişməsindən asılı olacaq:

“Əgər görsək ki, çağırışlar və təhdidlər artır, o zaman biz nüvə silahının tətbiqi zamanı, eləcə də tətbiq olunması qərarlarının çərçivəsi ilə bağlı nələrisə dəyişə bilərik”.

Qeyd edək ki, bundan öncə Rusiya dəfələrlə ölkə ərazisinə, eləcə də suverenliyinə təhdid yaranacağı halda nüvə silahı tətbiq edəcəyini açıqlayıb. Maraqlı məqam isə Rusiya bu ritorikanı Qərb ölkələrinin Ukraynaya Rusiya ərazilərini onların silahları ilə vurmasına izin verməsindən sonra dəyişməyə başlamasıdır.

Tahir Turan
Globalinfo.az