1747321797

Rusiya raketlərində Fransa, Almaniya, ABŞ-ın sənaye məhsulları qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Bu gün Qərb ölkələri hələ də Rusiyanı avadanlıq və kritik komponentlərlə təchiz etməkdə davam edirlər. Mütəxəssislərimiz artıq Rusiya pilotsuz təyyarələrində, bu ölkənin raketlərində olan yüzlərlə növ müxtəlif komponentləri qeydə alıblar. Təəssüf ki, təkcə son bir ildə Rusiyadan bizə uçan dron və raketlərdə Çin, Tayvan, Cənubi Koreya, Yaponiya, Fransa, Almaniya, İtaliya və Amerika Birləşmiş Ştatları da daxil olmaqla dünyanın azı 12 ölkəsindən hərbi sənaye məhsulları qeydə alınıb. Planlaşdırılan tədarük müqavilələri haqqında da məlumatımız var. Rusiyanı qara yollarla təmin edirlər”, – o bildirib.

Paylaş: