Fransa Seneqaldakı son iki hərbi bazasını Seneqal hökumətinə təhvil verib.
Globalinfo.az xəbər verir ki, “Camp Geille” hərbi bazası və Dakar hava limanındakı ərazi qaytarılıb.
“350-yə yaxın fransız əsgəri öz ölkələrinə qayıdacaq. Bununla da, Fransanın Qərbi və Mərkəzi Afrikada daimi hərbi mövcudluğu sona yetəcək”, – deyə bildirilib.
Xatırladaq ki, 2024-cü ildə Seneqalda prezident seçkilərində qalib gələn Bassiru Diomaye Fransa hərbi qüvvələrinin ölkədən çıxarılmasını tələb edib.