Rusiya qırıcıları Estoniya səmasına qalxdı: NOTA təqdim edildi

Rusiya qırıcıları Estoniya səmasına qalxdı: NOTA təqdim edildi

Rusiyanın üç “MiQ-31” döyüş təyyarəsi Vaindloo adası yaxınlığında Estoniya hava məkanına daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Estoniya mediası məlumat yayıb.

Məlumata görə, qırıcılar təxminən 12 dəqiqə ölkənin hava məkanında qalıb. Onlar Baltik dənizindəki Polşa neft platforması “Petrobaltic”in üzərindən keçiblər.

Təyyarənin uçuş planı olmayıb və transponderləri söndürülüb.

Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətinin məlumatına görə, pozuntu zamanı ikitərəfli radio əlaqəsi də olmayıb.

Xarici İşlər Nazirliyi Rusiyanın Estoniyadakı səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq ona etiraz notası təqdim edib. Bu, cari ildə Rusiya təyyarələrinin Estoniya hava məkanını pozduğu dördüncü hadisədir.

Əliyar Xəlil
Globalinfo.az