Rusiya Qarabağda bu addıma hazırlaşır

“Rusiya Qarabağda baş konsulluq açmağa hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

O, sözügedən məsələdə Azərbaycanın dəstəyinə ümid etdiyini bildirib.

“Biz yaxın vaxtlarda bunun üçün hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, – Karasin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az