Rusiya Qafqazda daha bir sürpriz hazırlayır – Qarabağdan sonra sıra bura çatdı

Rusiya Qafqazda daha bir sürpriz hazırlayır – Qarabağdan sonra sıra bura çatdı

Son vaxtlar Rusiya ilə qondarma “Abxaziya Respublikası” arasında münasibətlər gərginləşir. Belə ki, Rusiya hökumətindən sonra onun nəzarətindəki təbliğatçılar da qondarma “Abxaziya Respublikası”na qarşı hücumlara başlayıblar.

Bu gərginlik nə ilə bağlıdır? Moskva Cənubi Qafqazda separatçı qüvvələri dəstəkləməkdən imtina edir? Rusiyanın Qafqaz siyasətində kəskin dəyişikliyin olduğu açıq görünür. Kreml illərlə bəslədiyi Qarabağ separatçılarını müdafiə etmədi. Eləcə də Ermənistandakı hərbi hissələrini köçürmək qərarı verdi. Bunun ardından Abxaziyanın qondarma rejimi ilə münasibətlərin gərginləşməsi diqqət çəkir.

Globalinfo.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib ki, 44 günlük Vətən müharibəsindən sonra bütün post-sovet məkanında bir sıra proseslər gedir:

Rusiya Qafqazda daha bir sürpriz hazırlayır – Qarabağdan sonra sıra bura çatdı

İlyas Hüseynov

“4 il ərzində separatizmin əleyhinə və ya onu dəstəkləyən yanaşmaların şahidi olmuşuq. Rusiya Gürcüstana münasibətdə siyasətini dəyişir. Qərb maraqlarını Gürcüstanda reallaşdıra bilmir. Xarici Agentlər Haqqında qanunun qəbul edilməsi göstərir ki, rəsmi Tbilisi regional reallıqları qəbul edir, onunla hesablaşır. Ukrayna müharibəsi fonunda Rusiyaya tətbiq olunan sanksiyalara qoşulmur, Cənubi Qafqazda ikinci cəbhənin açılmasını istəmir. Gürcüstanda bəzi politoloqlar hesab edirlər ki, Rusiya ilə Tbilisi arasında münasibətlər nizama düşər, iqtisadi fəallıq və göstəricilər nəzərə alınarsa, bu, ərazi problemləri və geopolitik ziddiyyətlərə də təsir edəcək. Yəni Gürcüstanın xeyrinə olacaq. Tbilisi həm iqtisadi mənfəət güdür, həm də Rusiyanın separatizm məsələsində maraqlarının təmin olunacağını düşünür. Ona görə də oxşar addımlar atılmaqdadır”.

Politolqun sözlərinə görə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi diqqətlə izlənir. Rəsmi Bakının yolunu getmək istəyən dövlətlərin sayı günü-gündən çoxalmaqdadır.

Safura Bənnayeva
Globalinfo.az