Rusiya parçalanmağa başlayır: tatarlardan sonra Kadırov da hərəkətə keçdi

Rusiya parçalanmağa başlayır: tatarlardan sonra Kadırov da hərəkətə keçdi

Çeçenistan parlamenti ölkə konstitusiyasına düzəliş edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Çeçenistan parlamentinin spikeri Maqomed Daudov paylaşıb.

Yeni düzəlişə əsasən, bundan sonra Çeçenistan rəhbəri “Mekx-Da” adlandırılacaq. Daudov düzəlişin çeçen dilində respublika rəhbərinin adının istifadəsində vahidliyin qorunması üçün edildiyini bildirib. Spiker düzəlişin yekdilliklə qəbul edildiyini açıqlayıb.

O həmçinin “Mekx-Da” sözünün “öz xalqı üçün cavabdeh olan rəhbər” mənasını ifadə etdiyini bildirib.

Qeyd edək ki, Rusiya bir neçə il öncə ölkədəki subyektlərin rəhbərlərinin prezident statusunun ləğvi haqqında qərar qəbul edib. Kreml bunu ölkədə yalnız bir prezidentin olması ilə əlaqələndirib. Moskva 2020-ci ilin sonunda bütün subyektlərdə bu qanunu tətbiq edə bilsə də, yalnız Tatarıstanda müvəffəq ola bilməyib. Tatar elitası Kremldən tam asılı olmamaqdan ötrü ölkə başçısı olacaq şəxsləri rəis statusu ilə çağırmaq barədə qanun qəbul edib.

Maraqlı məqam isə Tatarıstan təcrübəsinin Çeçenistanda da tətbiq olunmağa başlamasıdır. Tatarıstandan sonra Çeçenistanda da bənzər addımın atılması Rusiya subyektlərində mərkəzi hakimiyyətin nəzarətinin yavaş-yavaş azaldığı ehtimallarını gündəmə gətirir.

İlkin Həsənov
Globalinfo.az