Rusiya ordusu Xersonu atəşə tutdu: ölənlər var

Rusiya Silahlı Qüvvələri ötən gün Ukraynanın Xerson vilayətini 55 dəfə atəşə tutub, nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin açıqlama verib.

Vilayət ərazisinə minaatanlardan, artilleriya qurğularından, QRAD, tank, aviasiya, tank əleyhinə raket sistemləri və PUA-lardan ümumilikdə 300 mərmi atıldığı bildirilir.