Rusiya ordusu daha bir kəndi ələ keçirdi

Rusiya ordusu Ukraynanın daha bir kəndini işğal edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Avdeyevka şəhəri istiqamətində Severnoe kəndini nəzarətə götürüb.

Tutulan kənd Donetsk vilayətinin Yasinovatsky rayonunda yerləşir.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il il fevralın 24-də başlayıb.