Rusiya nota verdi: “Bunu dayandırın”

Rusiyanın Tallindəki səfirliyi Estoniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Globalinfo.az  xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Estoniyadan sovet əsgərlərinin dəfn yerlərinin köçürülməsini dayandırmağı tələb olunub:

“Səfirlik Saaremaa adasındakı Tehumardi kəndində məzar daşlarının sökülməsi və Qırmızı Ordu əsgərlərinin qalıqlarının planlaşdırılan ekshumasiyası ilə əlaqədar öz kəskin etirazını bildirir”.