Rusiya Nikolayev vilayətinə “S-300” raketi atdı – Ölən var

Rusiya ordusu ötən gecə Ukraynanın Nikolayev vilayətinə “S-300” zenit-raket kompleksi ilə zərbə endirib.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bunu vilayətin Hərbi Administrasiyasının rəhbəri Vitali Kim teleqramda yazıb.

O bildirib ki, raket zərbəsi nəticəsində ikimərtəbəli binada dağıntı baş verib, 1 nəfər ölüb.

Bundan başqa, ölkənin Krivoy-Roq, Dnepr, Sumı, Xarkov vilayətlərində də silsilə partlayışların baş verdiyi barədə informasiya yayılıb.