qeza pasinyan

Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusu “Honda” markalı avtomobillə toqquşub. 

Globalinfo.az xəbər verir ki, hadisə aprelin 11-i səhər saat 07:50 radələrində baş verib.

Məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: