
“ABŞ Hərbi Dəniz Qüvvələrinin azı iki esminesi İranın İsrail ərazisinə endirdiyi zərbələri dəf etməkdə iştirak edir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail əməliyyata başlayandan bəri, sözügedən esmineslər Aralıq dənizinin şərqində olub:
“Onlar İsraili İranın ballistik raketlərindən qoruyur”.
Məlumata görə, daha dörd döyüş gəmisi Yaxın Şərqdəki ABŞ hərbi bazalarının təhlükəsizliyini müdafiə edir.
Əliyar Xəlil
Globalinfo.az