Rusiya NATO ölkəsinə “göz dikdi” – Medvedev bəyan etdi

Rusiya NATO ölkəsinə "göz dikdi" – Medvedev bəyan etdi

“Rusiyanın Finlandiyadan təzminat tələb etmək üçün bütün əsasları var”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Finlandiya hakimiyyəti NATO-ya qoşulduqdan sonra əvvəllər imzalanmış müqavilələri tapdalamağa başlayıb. Buraya 1947-ci il Paris Sülh Müqaviləsinin müdafiə maddələri və 1992-ci il Rusiya ilə Münasibətlərin Əsasları haqqında Müqavilənin şərtləri daxildir. Hansı ki, buna əsasən Finlandiya ərazisindən kənarda silahlı qüvvələrdən istifadə etməkdən imtina edirdi”, – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az