“Rusiya Ukraynada NATO əsgərlərini vurarsa, bizlik deyil” – Orban

“NATO-nun Ukraynada hərbi missiyası yerləşdiriləcək, lakin Macarıstan orada iştirak etməyəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban deyib.

Budapeşt üzvü olduğu bloku dəstəkləməkdən də imtina edib:

“Macarıstan NATO-nun addımını nə maliyyə, nə texniki, nə də hərbi personalın göndərilməsi baxımından dəstəkləməyəcək. Baş Nazirlik Aparatının rəhbəri Qergeli Qulyanın da qeyd etdiyi kimi,  Şimali Atlantika Müqavilənin 5-ci maddəsinə əsasən, Macarıstan, NATO-nun Ukraynada yerləşən missiyası Rusiyanın hücuma məruz qalacağı təqdirdə onlara hərbi dəstək verməyə məcbur deyil”.

V.Orban bildirib ki,  təşkilatın baş katibi Yens Stoltenberqdən NATO ərazisindən kənarda istənilən hərbi əməliyyatda iştirakın alyansa üzv ölkələr üçün yalnız könüllü olmasına aydınlıq gətirməsini xahiş edib.

Zaira Akifqızı
Globalinfo.az