Rusiya müxalifəti Ukrayna savaşı haqda sənəd imzaladı

Rus müxaliflər Berlində Rusiyaya qarşı sənəd imzalayıblar.

Globalinfo.az xəbər verir ki, yeni sənəd Rusiya Demokratik Qüvvələrinin Bəyanatı adlanır.

Deklarasiyanın qəbul edilməsinin əsas təşəbbüskarlarından biri biznesmen Mixail Xodorkovskidir.

Sənəddə Rusiya müxalifətinin strateji hədəfləri əks olunub. Bu hədəflər sırasında isə Ukraynadakı savaşın dayandırılması və azad, hüquqi, federativ Rusiyanın yaradılması yer alıb.

Ümumilikdə sənədə imza atanlar arasında Dmitri Qudkov, Yevgeniya Çirikova, Yevgeni Çiçvarkin və digərlərinin olduğu bildirilib.

İlkin Həsənov
Globalinfo.az