Rusiya müharibədə daha bir zabitini itirdi – FOTO

Belqorodda Rusiya İstintaq Komitəsinin zabiti öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, dekabrın 30-da Rusiya hərbi obyektlərinə endirilmiş zərbə nəticəsində 27 yaşlı rusiyalı baş leytenant Mixail Konopitsın məhv edilib.

Qeyd edək ki, dekabrın 30-da Ukrayna Rusiyanın Belqorod vilayətindəki hərbi obyektlərə zərbələr endirib.