Moldova Rusiyanın açıq şəkildə sabitliyi pozmaq cəhdləri ilə qarşı-qarşıyadır.
Globalinfo.az “Reuters“ə istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, Rusiya Ukrayna ilə həmsərhəd olan və 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmaq istəyən Moldovada sabitliyi pozmağa cəhd edir.
“Moldovanın hava məkanı mütəmadi olaraq Rusiyaya məxsus PUA-lar və raketlərlə pozulur, bundan başqa o, Rusiyanın sabitliyi pozmaq cəhdləri ilə mübarizə aparmağa məcburdur. Bu cəhdlər əsasən ölkənizin demokratik təsisatlarına qarşı yönəlib”, – Makron moldovalı həmkarı Maya Sandu ilə birgə mətbuat konfransı zamanı deyib.
Aysel Əliyeva
Globalinfo.az














