Rusiya MN sülhməramlıların yeni komandanını rəsmən açıqladı – FOTO

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlı kontingentin yeni komandanının adını rəsmən açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan informasiya bülletenində qeyd olunub.

Belə ki, qərara əsasən Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə sentyabrın üçündən etibarən general-mayor Kiril Denisoviç Kulakovun komandanlıq etdiyi bildirilib.