Rusiya MN sülhməramlıların çıxarılmasını müzakirə edəcək – YENİLƏNİB

“Rusiya Müdafiə Nazirliyi nümayəndələrinin sülhməramlıları müzakirə etmək üçün İrəvana gəlməsi ilə bağlı bizdə heç bir məlumat yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan deyib.

“Ermənistan Müdafiə Nazirliyində bir az əvvəl mətbuatın yazdığı Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin səfəri ilə bağlı hər hansı məlumat yoxdur. Nazirlikdə belə bir görüşün keçirilməsi nəzərdə tutulmur”, – o bildirib.

***

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.

Səfər zamanı rus sülhməramlılarının Qarabağdan hansı tarixdə çıxarılmasının müzakirə olunacağı deyilir.

Qeyd edək ki, rus sülhməramlılarının noyabrın 1-nə kimi Qarabağdan çıxarılacağı iddia edilir.

Ayşən Mustafa
Globalinfo.az