Rusiya məhkəməsindən Tural Məmmədovla bağlı qərar – FOTO

Rusiyada 18 yaşlı azərbaycanlı bloger Tural Məmmədovun həbs müddəti fevralın 15-nə qədər uzadılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Sankt-Peterburq şəhərinin Oktyabrski rayon məhkəməsi qərar verib.

T.Məmmədovla vəkili həbs qətimkan tədbirinin uzadılması qərarına etiraz edərək, ev həbsi istəyiblər.

Məmmədov məhkəmədə qaçmaq niyyətində olmadığını bildirb.

Xatırladaq ki, bloger bir qrup yeniyetmə ilə Sankt-Peterburqda yoldan keçən sakinlərə hücum edərək hadisənin görüntülərini lentə alaraq paylaşıb. Məsələ ilə bağlı Rusiyada cinayət işi başladılıb. Sözügedən dəstənin 10 üzvü saxlanılıb. Tural Məmmədov isə cinayət məsuliyyətinə görə dəstənin başçısı kimi axtarışa verilib.

Bloger 2023-cü il oktyabrın 27-si beynəlxalq axtarışa verilib. Ötən il noyabrın 15-i isə Azərbaycandan Dağıstana, oradan Rusiyaya ekstradisiya edilib.