41 yaşlı kişi atdan yıxılıb öldü

64fc13f360f7564fc13f360f76169424177964fc13f360f6d64fc13f360f741

Cəlilabad sakini atdan yıxılaraq ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad rayon Günəşli kənd sakini, 1984-cü il təvəllüdlü Tofiq Allaverən oğlu Əliyev Biləsuvar rayonunun Ovçubərə kəndində yerləşən maldarlıq obasında bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

İlkin məlumata görə, o, ata mindiyi zaman yıxılıb və ayağı üzəngidə ilişib. Nəticədə at onu bir müddət sürüyüb. T. Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.