Rusiya məşhur aktyoru da “qara siyahı”ya saldı

Rusiya məşhur aktyoru da "qara siyahı"ya saldı

Rusiya Xarici İşlər Nazirliyi kanadalı amerikalı aktyor Cim Kerriyə qarşı şəxsi sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında məlumat yerləşdirilib.

“Baş nazir Castin Trüdo rejiminin Rusiya rəhbərliyinə, siyasətçilərə və parlamentarilərə, biznes nümayəndələrinə, ekspertlərə və jurnalistlərə, mədəniyyət xadimlərinə, habelə Kanadanın rusofob hakimiyyət orqanlarının etiraz edən hər kəsə qarşı sanksiya tətbiqi praktikasına cavab olaraq, qarşılıqlılıq əsasında 100 Kanada vətəndaşı üçün giriş bağlanıb”, – deyə məlumatda qeyd olunub.