Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin çərşənbə günü Ankarada olub və MİT rəhbəri İbrahim Qalınla görüşüb.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Türkiye” qəzeti yayıb. Məlumata görə, o, Qalınla Ərdoğan-Əsəd görüşünü müzakirə edib. Narışkinin Qalına Ərdoğanla Əsəd arasında baş tutacaq görüşün son detalları barədə məlumatları verdiyi vurğulanıb.
İbrahim Qalın və Sergey Narışkin
Qəzet həmçinin Əsədlə görüş fonunda Ərdoğanın Putinlə də görüşünün baş tuta biləcəyini yazıb.
Qeyd edək ki, bundan öncə Əsəd-Ərdoğan görüşünün avqustda keçiriləcəyi barədə məlumat yayılmışdı. Görüşün harada baş tutacağı açıqlanmamışdı.
Əliyar Xəlil
Globalinfo.az














