“Qərb müxtəlif ölkələrin başçılarının Moskvada “Qələbə Günü”nü qeyd etməsinə imkan verməməyə və onların iştirakını pozmağa çalışır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
“Biz artıq bəzi Qərb dövlətləri tərəfindən xarici liderlərin iştirakını pozmaq cəhdlərinin şahidi oluruq. Qərb hesab edir ki, bu cür hərəkətlərdə uğur qazanmaq Rusiyanın tam təcrid edilməsində mühüm rol oynayacaq. Eyni zamanda Rusiyadakı bayramı pozmaq cəhdləri bu dövlətlərin Xarici İşlər nazirliklərinin və xüsusi xidmət orqanlarının prioritetləri sırasındadır. Ancaq onlar buna nail olmayacaqlar”, – Narışkin vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














