Rusiya iş başında: ermənilərdən nə tələb olunub?

Ermənistan-Rusiya gərginliyi artmağa davam edir.

Globalinofo.az xəbər verir ki, sosial şəbəkənin erməni seqmentində Rusiyanın Ermənistanda çevrilişə hazırlaşması barədə iddialar dolaşır.

Qeyd olunur ki, məsələ ilə birbaşa Rusiya Federal Təhlükəsizlik Xidməti məşğul olur:

“Qurum erməni biznesmenləri əməkdaşlığa cəlb edir. Tələb isə Ermənistanda çevrilişi dəstəkləyəcək insanların bu ölkəyə göndərilməsinin təşkilidir”.

Qeyd edək ki, bir qədər əvvəl də Rusiyanın “Vaqner” dəstəsinin üzvlərinin Ermənistanda çevrilişə hazırlaşdığı bildirilmişdi.

Tamerlan Yayaqan
Globalinfo.az