rusiya

Rusiyanın İrandakı səfirliyi öz vətəndaşlarına çağırış edib.

Globalinfo.az xəbər verir ki, buna səbəb kimi İran ətrafında vəziyyətin gərginləşməsi göstərilib.

“İran ətrafında vəziyyətin gərginləşməsi, İsrailin ölkədəki müxtəlif obyektlərə cavab zərbəsi endirməsi ehtimalı ilə əlaqədar Rusiya səfirliyi bu ölkədəki vətəndaşlarını təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə və mütəmadi olaraq yerli medianın məlumatlarını izləməyə çağırır”, – səfirliyin bəyanatında vurğulanıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: