Rusiya İran dronlarını görün necə və harda hazırlayır – Şok detallar

Rusiyanın Ukraynaya zərbələr üçün istifadə etdiyi “Shahed” kamikadze dronlarını Tatarıstan regionunda yerləşən “Alabuqa Politex” kollecinin tələbələri yığırlar.

Globalinfo.az xəbər verir ki, dronların yığılması “Alabuqa” xüsusi iqtisadi zonasında məşğul olurlar.

Qeyd olunur ki, tələbələr dronların yığılması prosesində çox vaxt yuxusuz və ac şəkildə günlərlə işləməli olurlar. Onların bu işdən gəliri isə 330-440 ABŞ dolları olur.

Tələbələr bildirirlər ki, dronların yığılması prosesindən imtina etmək mümkün deyil. Prosesə cəlb olunanların iş vaxtı telefonları alınır və yoxlanılır. İnformasiyanın yayılması halında isə həmin şəxslər prosesdən kənarlaşdırılır.

Tahir Turan
Globalinfo.az