Latviya hava məkanına naməlum pilotsuz təyyarə daxil olub, lakin qısa müddət sonra oradan uzaqlaşıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Milli Silahlı Qüvvələri (NBS) məlumat yayıb.
İlkin məlumatlara görə, dron Belarusla həmsərhəd olan Kraslava bələdiyyəsi üzərində görünüb.
Daha sonra isə Rusiya ilə həmsərhəd olan Ludza bələdiyyəsi üzərindən ölkəni tərk edib.
“Şərqdə yerləşən şəhərlərin sakinlərinə mümkün təhlükə barədə məlumat verilib. Hadisə ilə əlaqədar NATO Baltik Hava Polisi Missiyasının qırıcı təyyarələri havaya qaldırılıb. Latviya Silahlı Qüvvələrinin məlumatına görə, hava təhlükəsi artıq aradan qalxıb”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az