Estoniya Rusiya ilə sərhəddə 40 kilometr uzunluğunda tank əleyhinə xəndək tikmək niyyətindədir.
Globalinfo.az xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.
“Bunun 2027-ci ilin sonuna kimi bitməsi planlaşdırılır. Bundan əlavə, 600-ə yaxın bunker tikilməli, ya da planlaşdırılan mövqelərə yaxın ərazidə yerləşdirilməlidir”, – deyə bildirilib.
Qeyd olunur ki, müdafiə zonasının ümumi uzunluğu təxminən 100 km, dərinliyi isə Rusiya ilə quru sərhədindən təxminən 40 km olacaq.
Xatırladaq ki, bundan əvvəl NATO qırıcılarının bu həftə Estoniyada təlim uçuşları həyata keçirəcəyi bəlli olmuşdu. Təlimlər sentyabrın 15-dən 21-dək baş tutacaq.
Əliyar Xəlil
Globalinfo.az














