“Estoniya NATO-nun nüvə silahı daşıya bilən təyyarələrini öz aerodromlarında qəbul etməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Hanno Pevkura deyib.
Bildirilib ki, iyunun sonunda Estoniya Rusiya ilə cənub-şərq sərhədi boyunca müdafiə xətti qurmağa başlayıb:
“İki ölkə sərhədinin bir sıra hissələrində tank əleyhinə səngərlər tikilir. 2025-ci ilin sonuna qədər sərhəddə ən azı 28 bunker və onlarla anbar yerləri görünəcək. Bu il bu strukturların tikintisinə 4,4 milyon avro ayrılıb”.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Moskva NATO-nun yenidən silahlanmasında təhlükə görmür.
Əliyar Xəlil
Globalinfo.az














